Meta Bu Funksiyanı Ləğv Etdi

Meta da həfələmə edən zaman bizə təklif olunan seçimlərdə son zamanlarda əhəmiyyətli dəyişikliklər oldu. 2024-cü ilin iyul ayında vacib bir yenilənmə daha oldu və hədəfləmədə istisna etmək xüsusiyyətini ləğv etdi. Bəs bu dəyişikliyin biz reklam verənlərə təsiri necə olacaq?

Detallı hədəfləmədə istisna nədir və nə üçün istifadə olunurdu?

Bu funksionallıq reklam verənlərə müəyyən demoqrafik məlumatların, maraq dairələrinin (interests) və davranışların (behavours) hədəfləmədən çıxarmağa imkan verirdi. Bununla bir reklam kampaniyasında müəyyən maraq dairələrinə uyğun insanları hədəfləyərkən, digər maraqlara sahib insanları xaric tuta bilirdik. Məsələn, Android üçün olan proqramı reklam edirik və iphone ilə maraqlananları xaric tuta bilirdik.

Bundan kampaniyaların bir-birilə üst-üstə düşən hədəf kütlələrdən təsirlənməməsi üçün istifadə olunurdu. Və test edən zaman fərqli reklam qruplarını daha aydın və dəqiq şəkildə test edə bilirdik.

Meta’nın Qərarının Səbəbi

Meta, 2024-cü ilin iyulunda detallı hədəfləmədə istisna xüsusiyyətini ləğv etdi. Şirkəti açıqlamasında testlər zamanı bu xüsusiyyətdən istifadə edən reklam verənlərin, etməyənlərə nisbətən daha çox xərclə konversiya əldə etdiyini göstərib. Metanın məlumatına əsasən bu funksiyadan istifadə etməyənlər, edənlərə nisbətdə 22,6% aşağı qiymətə konversiya əldə ediblər.

Bu Dəyişiklik Reklamçılara Necə Təsir Edəcək?

Bu xüsusiyyətin silinməsi daha əvvəl bu üsuldan istifadə edənlərə təsir edə bilər. Buna baxmayaraq, Meta iddia edir ki, bu dəyişiklik ümumilikdə reklamların performansını yaxşılaşdıra bilər. Bundan istifadə edərək marketinq strategiyaları yaratmış reklamçılar isə dəyişiklik etmək məcburiyyətində qalacaqlar.

Vacib Qeyd! 31 Yanvar 2025-ci il tarixinədək bu xüsusiyyətdən istifadə edərək yaradılmış, dəyişikliklər edilməyən mövcud aktiv kampaniyalarda bu xüsusiyyət qalacaq. Buda reklamçılara strategiyada dəyişikliklər etmək üçün müəyyən vaxt verir.

Hansı Xüsusiyyətlər hələ də mövcuddur?

Meta qeyd edib ki, reklamçılar hələ də özəl kütlə (custom audience) istisnalarından istifadə edə bilərlər. Bu, bizneslərə hazırda etkileşimdə olduqları isti auditoriyaları istisna etməyə imkan verir. Məsələn, yeni müştərilər əldə etmək üçün hazırladığımız kampaniyalarda hazırki müştəriləri istisna edə və yalnız yeni potensial müştərilərə göstərə bilərik. Bu tərzdə auditoriyanı istisna etmək bizim üçün daha dəyərlidi və Metanın bunu ləğv etməsi gözlənilmir.

Nəticə

Meta nın verdiyi məlumata əsasən bu dəyişiklik reklam kampaniyalarına müsbət təsir göstərəcək. Özəl hədəf kütəni (custom audience) istisna edilə bilməsi sayəsində reklamçılar kampaniyaların optimizasiyasına davam edə və müəyyən strategiyalar qura bilərlər.

Bəs siz bu barədə nə düşünürsüz? Bu qərarın dəyişikliyin kampaniyalarınıza təsiri necə oldu?